Menu
Geri İrəli

Zaxarova Novruz Məmmədovu qınadı – Şərh

Müəllif: sumqayitxeber.com • Tarix: 24 İyun 2016 • Baxış sayı: 423 dəfə • Şərh yoxdur

1449912968

“Rusiya, Azərbaycan və Ermənistan liderlərinin Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı görüşünə dair ədalətsiz şərh verməkdən imtina etmək lazımdır”.

Bu barədə Rusiya Xarici işlər nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Sankt-Peterburq görüşü haqda danışarkən bildirib.

Prezident Administrasiyası rəhbərinin müavini Novruz Məmmədovun “Bu görüş zamanı münaqişənin mərhələli həllinə üstünlük verildi. Yəni bundan sonra münaqişənin həllində mərhələli şəkildə irəliyə getmək lazımdır – əvvəlcə Azərbaycanın 5 rayonunun, sonra daha 2-sinin azad olunması və dəhlizin müəyyən edilməsi. Və Dağlıq Qarabağın statusunun müəyyən edilməsi. Bu istiqamətdə tərəflər prinsip etibarilə razılığa gəldilər”, – bəyanatını Mariya Zaxarova ədalətsiz şərh kimi dəyərləndirib. Bu barədə XİN-nin rəsmi saytında məlumat yerləşdirilib.

“Onlar münaqişə zonasında beynəlxalq müşahidəçilərin sayının artırılmasına dair razılığa gəliblər. Həmçinin, təmas xəttində atəşkəs rejiminə əməl olunmasından məmnunluq ifadə olunub. Mən bütün rəsmi saytlarda dərc olunmuş mövcud bəyanatları şərh edirəm. Onların dilindən səsləndirilən və rəsmi sənədlər sayılan xüsusi bəyanatlar var. Hansısa təhrif olunmuş, yalan məlumatlardansa, bu bəyanatlara müraciət edərək çıxış etmək lazımdır”, – deyə M. Zaxarova söyləyib.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın