Menu
Geri İrəli

Karbamit Zavodu işçi axtarır

Müəllif: sumqayitxeber.com • Tarix: 10 Oktyabr 2017 • Baxış sayı: 1,385 dəfə • 3 şərh
Share Button

Sumqayıt şəhərində yerləşən Karbamid Zavodu Vakansiya elan edib.

sumqayitxeberş.com  vakaniya haqqında məlumatları təqdim edir:

İdentifikasiya nömrəsi 13857
Vakansiyanın adı Təmirçi çilingər (Sumqayıt şəhəri)
Vakansiyanın elan tarixi 09.10.2017
Son müraciət tarixi 14.10.2017
Müəssisənin adı Karbamid Zavodu
Ödəniş növü Saatlıq maaş
Əməyin ödənilmə dərəcəsi 5 – 6
Vəzifə maaşının məbləği 2.74AZN – 3.05AZN
Əlavə ödənişlər
İş yerinin ünvanı Sumqayıt şəhər, Səməd Vurğun küçəsi,86
İş vaxtının norması NORM40/5
Əmək şəraiti Normal
Təhsil İstiqaməti Ümumi
Tələb olunan minimum təhsil səviyyəsi Orta
Tələb olunan əmək fəaliyyəti Sahə üzrə – 2 ildən yuxarı;
Tələb olunan kompüter bilik səviyyəsi
Tələb olunan xarici dil bilik səviyyəsi
Vakansiya tələbinə uyğun təlimlər
Vəzifə(peşə) funksiyaları •Detalların 6-7-ci kvalitetlər (1-2-ci dəqiqlik dərəcələri) üzrə çilingər emalı işlərini yerinə yetirmək;
•Boru xətti aqreqatlarının və armaturlarının quraşdırılması, dəyişdirilməsi işlərini görmək;
•Zavod üzrə bütün bolt-qayka, sancaq, pərçim və fittinq birləşmələrini yığmaq və sökmək;
•Detalların yuyulması, təmizlənməsi, yağlanması, cilalama işlərini yerinə yetirmək;
•Gərgin və kip oturtma şəraitində qovşaq və avadanlığı sökmək, təmir etmək və yığmaq;
•Avadanlıqları istismar və təmir prosesində yoxlamaq, qüsurları aşkar etmək və aradan qaldırmaq;
•Təmir olunmuş avadanlıqları dəqiqliyə yoxlamaq və yük altında sınamaq;
•Yerdən idarə olunan sadə yükqaldırıcı vasitələrin və mexanizmlərin köməyi ilə yükləri bir yerdən başqa yerə keçirdikdə takelaj işlərini yerinə yetirmək.
Bilməlidir •Təmir olunan avadanlığın quruluşunu, avadanlığın, aqreqat və maşınların sökülməsi, təmir və yığılmasında texnoloji ardıcıllığını;
•Boru və boru birləşmələrinin, boru armaturlarının yığılma və sökülməsini;
•İstifadə olunacaq ehtiyyat hissələrinin seçilməsini və onların təkrar istifadəyə yararlılıq dərəcəsini müəyyən edilməsini;
•Təmir edilən avadanlıgın, aqreqat və maşının konstruktiv xüsusiyyətlərini, təmir edilmiş avadanlığın təmir, yığma, quraşdırma, dəqiqliyə yoxlama və sınanma metodlarını;
•Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, ilk tibbi yardım,istehsalat sanitariyası və yanğından mühafizənin norma və qaydalarını.
Tələb olunan digər bilik və bacarıqlar
Son müraciət tarixi 14.10.2017

***

Nəzarət ölçü cihazları və avtomatika üzrə çilingər (Sumqayıt şəhəri)
İdentifikasiya nömrəsi 13834
Vakansiyanın adı Nəzarət ölçü cihazları və avtomatika üzrə çilingər (Sumqayıt şəhəri)
Vakansiyanın elan tarixi 09.10.2017
Son müraciət tarixi 14.10.2017
Müəssisənin adı Karbamid Zavodu
Ödəniş növü Saatlıq maaş
Əməyin ödənilmə dərəcəsi 5 – 6
Vəzifə maaşının məbləği 2.74AZN – 3.05AZN
Əlavə ödənişlər yoxdur
İş yerinin ünvanı Sumqayıt şəhər, Səməd Vurğun küçəsi,86
İş vaxtının norması NORM40/5
Əmək şəraiti Normal
Təhsil İstiqaməti Ümumi
Tələb olunan minimum təhsil səviyyəsi Orta
Tələb olunan əmək fəaliyyəti Sahə üzrə – 2 ildən yuxarı;
Tələb olunan kompüter bilik səviyyəsi
Tələb olunan xarici dil bilik səviyyəsi
Vakansiya tələbinə uyğun təlimlər
Vəzifə(peşə) funksiyaları •Rele mühafizəsi, elektroavtomatika və telemexanika qurğularının köklənməsi və sazlanmasını həyata keçirmək;
•Mürəkkəb birləşmə sxemlərini tərtib etmək və quraşdırmaq;
•Cihazların yoxlanılması və sınanmasında mütləq və nisbi xətaları hesablamaq;
•Qüsurlar cədvəlinin tərtib etmək, cihaz və avtomatların pasport və attestatlarını doldurmaq;
•Eksperimental və təcrübi cihazları quraşdırmaq, sınanması, tənzimlənməsi və yoxlanmasını həyata keçirmək;
•Dəqiqlik sinfinə görə bütün növ və tipdə olan elektrik cihazların avtomatik tənzimləyicilərin, avtomatik qidalandırıcıların tənzimlənməsi və yoxlanması işlərini yerinə yetirmək;
•Pnevmatik sistemlər, cihazlar, icra mexanizmləri və tənzimləyicilərə qulluq etmək, onları sazlamaq və təmir etmək;
•Kommunikasiya xətləri, pnevmatik boru (plastik və metallik) xətlərindəki nasazlıq və qüsurları tapıb aradan qaldırmaq;
•Pnevmatik və hidravlik sxemlərdə hermetikliyin sınanması və bərpası işlərini görmək, sıradan çıxan naqilləri dəyişdirmək və bərpa etmək;
•Texnoloji prosesin parametrlərini ölçmək və nəzarət etmək, cihazları təftiş və təmir etmək;
Bilməlidir •Təmir edilən və yustirlənən cihazların, mexanizmlərin, aparatların quruluşunu, iş prinsipini və sazlama üsullarını;
•Mürəkkəb nəzarət-ölçü və nəzarət-yustirləmə cihazlarının təyinatını və sazlama üsullarını;
•Cihazların və aparatların nizamlama və dərəcələrə bölünmə üsullarını və onların sınanması zamanı xarakteristikalarını çıxarma qaydalarını;
•Müqavimətləri hesablama qaydalarını;
•Mürəkkəb birləşmələrin sxemlərini;
•Cihazların yoxlanılması və sınanmasında mütləq və nisbi xətaların hesablanma qaydalarını;
•Texnoloji qurğunun sxemini, həmçinin nəzarət, tənzimləmə, idarəetmə, xəbərdarlıq və mühafizə sxemlərini;
•Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, ilk tibbi yardım, istehsalat sanitariyası və yanğından mühafizənin norma və qaydalarını.
Tələb olunan digər bilik və bacarıqlar
Son müraciət tarixi 14.10.2017
Facebook Şərhləndirmə:
Share Button

“Karbamit Zavodu işçi axtarır” yazısına 3 cavab

  1. Xəyal deyir:

    Mən Əsgərov Xəyal Xaləddin oğlu Ucar rayon Lək kəndində anadan olmuşam.2013 cü ildə Azərbaycan Dövlət Neft Akademiyasının Kimya Texnologiya Fakultəsinin Fövqəladə Hallar və Həyat Fəaliyyətinin təhlükəsizliyi ixtisasın bitirmişəm.Əməyin mühafizəsi Texniki Təhlükəsizlik üzrə 2 il iş stajım var, əməyin mühafizəsi üzrə elmi konfranslarda çıxış etmişəm.Pirofor dəmir sulfidinin köpükləndirici maye ilə dezaktivasiyası üzrə Patent müəllifiyəm.25 yaşım var aileliyem.

  2. perviz deyir:

    ozum tornaciyam hal hazirda da iwleyirem sadece yaxin olsun deye sumqayitda iwlemek isterdim 055 446 87 19

  3. Terlan deyir:

    Salam men issizem fehle isi isteyirem qelibciyem isteyir zavodda isdeyim birdeki surucu islemisem lazim olarsa 0705787886 traktor pravamda var

Şərhinizi yazın