Menu
Geri İrəli

Fərhad Qəribovun kürəkəni spirtli içkilərə “ibadət edir”

Müəllif: sumqayitxeber.com • Tarix: 5 Avqust 2015 • Baxış sayı: 979 dəfə • Şərh yoxdur

Bezy-myanny-j-copy-300x145

DİN  özünün keçmiş zabiti  barədə nə düşünür..?

Milli Məclisin üzvü  Fərhad Qəribovun kürəkəni Vüqar Qurbanov barədə bir necə dəfə saytlarda yazılar dərc olunub.

Qısa xatırlatma  üçün  qeyd edək ki,  Vüqar  Qurbanovunvaxtilə  DİN-in Bakı BPİ-nin əməliyyat müvəkkili, polis bölməsinin rəis muavini işləməsi və hətta xidmətdə olarkən tabel silahını itirməsi barədə yazılar dərc etmişik.

ferhad-qeribov11 Vugar-Qurbanov-2-300x300 Vugar-Qurbanov-300x225 Vuqar-Qurbanov-Namig-Memmedov-300x300

Yazılar cəmiyyətdə geniş rezonans  doğurduğu üçün bu yazıların dərcindən sonra Qafqaz Xəbər Agentliyinin  baş direktoru Mahmud Rasimoğlunun Bakı BPİ-nin rəis muavini, general-mayor Elxan Həsənovun otağına çağrılması barədə də  zamanında oxucularmıza məlumat vermişik.

Bu gün redaksiyamıza daxil olan məlumata görə  cənab  Elxan Həsənovun Mahmud Rasimoğlunu öz otağına çağırıb Vüqar Qurbanovla bağlı saytlarda gedən yazılara son qoymasını cənab generaldan təkcə  Vüqar Qurbanov  xahiş etməyib.

Bu xahişdə bulunanlardan, yəni cənab  generala  zəng edənlərdən biri də nəqliyyat naziri Ziya Məmmədovun qardaşı oğlu,  Baş prokurorun xüsusi məsələlər üzrə köməkçisi  Namiq Məmmədov olub.

Bizə daxil olan məlumatdan bəlli olur ki, Namiq Məmmədov Vüqar Qurbanovla  yeznə qayındılar. Daha dəqiq desək,  Namiq Məmmədov Vüqar Qurbanovun əmisi qızının həyat yoldaşıdır.

Apardığımız araşdırmalar nəticəsində Facebook sosial şəbəkəsində  Vüqar Qurbanovun maraqlı fotolarına rast gəldik. Fotoda spirtli içkilər divara yığılıb, Vüqar isə həmin divara baxaraq əllərini göyə qaldırıb…

Adamın yadına  hind filmlərindəki səhnələr düşür…

Hind filmlərinin qəhrəmanları əllərini göyə açaraq müəyyən fiqurların qabağında  dua edirlər.

Görəsən, Vüqar Qurbanov  üzünü müxtəlif növ spirtli içkilərə tutaraq nə dua edir..?

Bəlkə, yenidən DİN-ə qayıtmaq istəyir?

Əlbəttə, biz onun nə istədiyini deyə bilmərik. Amma özünü müsəlman hesab edən bir şəxsin bu durumda olması xoşagələn hal deyil. Həm də unutmamalıyıq ki,  Vüqar Qurbanov  DİN-in keçmiş zabitidir. Keçmiş olanda nə olar..? Məgər keçmişə görə xəcalət hissi, məsuliyyət  hissi yoxdur? Görəsən, DİN-in rəhbərliyi bu barədə nə düşünür..?

Facebook Şərhləndirmə:

Şərhinizi yazın