Menu
Geri İrəli

Yüksək bal toplayan xaçmazlı qızın əzmkarlığı -FOTO

Müəllif: sumqayitxeber.com • Tarix: 12 Avqust 2015 • Baxış sayı: 569 dəfə • Şərh yoxdur

 

99881

İndiki dövrdə demək olar ki, tələbə adını qazanmaq istəyənlərin böyük əksəriyyəti hazırlıq kurslarına və ya repetitor yanında gedirlər. Amma çox az təsadüf olunsa da, elə şagirdlər də var ki, onlar hazırlıq kurslarına, müəllim yanına getmədən də tələbə adını qazanmağa nail olur. 

 

Qafqazinfo” RTV.az-a istinadən xəbər verir ki, belə şagirdlərdən biri də Xaçmaz rayonunun Aslanoba kənd tam orta məktəbinin məzunu Mirvari Nəsirovadır. O, ali məktəblərə keçirilən qəbul imtahanlarında 677 bal toplayaraq, rayon üzrə ən çox bal toplayan tələbə adını qazanb. Mirvari Nəsirovadır IV ixtisas qrupu üzrə imtahan verib. Tədris aldığı Aslanoba kənd tam orta məktəbində kimya fənni üzrə kadr çatışmazlığı yaşansa da bu çətinlik onu qorxutmayıb və repetitor hazırlığı olmadan o bütün fənlərdən yüksək nəticə əldə edib.

Qafqazinfo

Facebook Şərhləndirmə:

Şərhinizi yazın