Menu
Geri İrəli

455 min manat mənimsəyən vəzifəli şəxsin işi MƏHKƏMƏDƏ

Müəllif: sumqayitxeber.com • Tarix: 17 Fevral 2015 • Baxış sayı: 649 dəfə • Şərh yoxdur

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işinin istintaqı yekunlaşıb
Mehkeme-cekic1

“Ulu” Məhdud Məsuliyyətli Cəmiyyətinin sabiq direktorunun qanunsuz əməlləri ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işinin istintaqı yekunlaşıb. Baş Prokurorluqdan Lent.az-a verilən məlumatına görə, istintaq zamanı cəmiyyətin sabiq direktoru İlham Səfərovun qulluq mövqeyindən istifadə etməklə Binəqədi rayonu ərazisində qaz xəttinin çəkilişi ilə əlaqədar “Azəriqaz” İstehsalat Birliyi ilə bağlanmış podrat müqaviləsinə əsasən  həmin işlərin görülməsini subpodraçılara həvalə etməklə görülən işlərin müqabilində birliyin “Bank of Azərbaycan”ASC-dəki bank hesabından çıxardığı 455 min manat məbləğində pulu subpodratçılara ödəməyərək mənimsəməsində şübhələr üçün əsaslar olduğundan ona Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya israf etmə) maddəsi ilə ittiham elan edilib.

İstintaq zamanı vurulan ziyanın əhəmiyyətli hissəsinin – 319 min  manatın ödətdirilməsi təmin edilib.

Cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın