Menu
Geri İrəli

670 bal toplayan tələbə intihar etdi – Bakıda dəhşət

Müəllif: sumqayitxeber.com • Tarix: 11 Oktyabr 2016 • Baxış sayı: 450 dəfə • Şərh yoxdur

intihar_bina_01888Bakıda dəhşətli intihar hadisəsi baş verib.

sumqayitxeber.com Lent.az-a istinadən xəbər verir ki, Bakı Ali Neft Məktəbinin 4-cü kurs tələbəsi, Gəncə şəhər sakini Abbasov Hüseyn Maarif oğlu özünü Nizami rayonu ərazisində yerləşən tələbə yataqxanasının 11-ci mərtəbəsindən atıb. O, hadisə yerindəcə keçinib.

Qeyd edək ki, H.Abbasov 4-cü kurs tələbəsi olub, o, ali məktəbə qəbul olarkən 670 bal toplayıb.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

***

H. Abbasovun atası sputnik.az-a açıqlama verib. O, bildirib ki, oğlunun bir neçə fəndən kəsirləri olub. Ata istintaqa deyib ki, oğlu əlaçı tələbə idi: “Bizə birdən məlum oldu ki, onun 6 fənnin 4-dən kəsiri qalıb. Və uşaq bunun üçün çox həyəcan keçirirdi”.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın