Menu
Geri İrəli

Azərbaycanda polis bölməsində müəmmalı ölüm

Müəllif: Sumqayitxeber.com • Tarix: 21 Avqust 2015 • Baxış sayı: 303 dəfə • Şərh yoxdur

85499-300x185Bəhruz Hacıyev polis idarəsinə aparılandan təxminən 20 dəqiqə sonra ölüb

Mingəçevirdə polis bölməsində müəmmalı ölüm hadisəsi baş verib. Belə ki, Mingəçevir şəhər polis idarəsinə çağırılan 1988-ci il təvəllüdlü Hacıyev Bəhruz Dilsuz oğlunun bir müddətdən sonra ölüm xəbəri gəlib.

Bəhruz Hacıyev atası Dilsuz Hacıyevin ANS PRESS-ə verdiyi məlumata görə, onun oğlu polis idarəsinə dindirilmək məqsədi ilə aparılıb.

Amma polislər B.Hacıyevin nə məqsədlə dindirilməsinin səbəbini açıqlamayıblar.

D.Hacıyevin sözlərinə görə, oğlu polis idarəsinə aparılandan təxminən 20 dəqiqə sonra ölüb.

“Polislər deyirlər ki, oğlum özünü 3-cü mərtəbədən aşağı atıb. Amma bu mənə inandırıcı gəlmir”, – deyə D.Hacıyev bildirib.

B.Hacıyevin meyiti xəstəxananın morquna yerləşdirilib.

Mövzunu diqqətdə saxlayırıq…

Facebook Şərhləndirmə:

Şərhinizi yazın