Menu
Geri İrəli

Azərbaycanda qırğın gecəsi: 10 nəfər ölüb

Müəllif: sumqayitxeber.com • Tarix: 25 İyul 2014 • Baxış sayı: 447 dəfə • Şərh yoxdur

Daha 21 nəfər yaralanıb

Son sutka ərzində Azərbaycanın müxtəlif ərazilərində baş vermiş yol qəzalarında 10 nəfər dünyasını dəyişib. Baş Dövlət Yol Polisi İdarəsindən Lent.az-a verilən məlumata görə, gün ərzində ümumilikdə 20 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Nəticədə həlak olan 10 nəfərdən başqa 21 nəfər də müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Ən ağır qəzalar Ucar və Tərtər rayonlarında qeydə alınıb. Ucarda iki avtomobilin toqquşması nəticəsində bacı-qardaşın, Tərtərdə isə “Mercedes”in aşması sürücü ilə sərnişinin həlak olmasına səbəb olub. Bundan başqa Bakının Xəzər və Sabunçu rayonlarında piyadalar yüksək sürətlə hərəkət edən avtomobillərin qurbanı olub. Tovuz, Lənkəran, Abşeron və Şamaxı rayonlarında da yol qəzaları ölümlə nəticələnib.

Hər bir faktla bağlı araşdırma aparılır.

qeza-2

Facebook Şərhləndirmə:

Şərhinizi yazın