Menu
Geri İrəli

Azərbaycanda yol qırğını: 8 nəfər öldü

Müəllif: sumqayitxeber.com • Tarix: 17 Sentyabr 2016 • Baxış sayı: 1,312 dəfə • Şərh yoxdur

publika.az1419806421qezaSon sutka ərzində Azərbaycanda baş vermiş yol qəzalarında 8 nəfər həyatını itirib. Lent.az-ın məlumatına görə, gün ərzində Bakının Xəzər, Xətai və Sabunçu rayonlarında, eləcə də İmişli, Şəmkir, Göyçay və Lənkəranda ölümlə nəticələnən yol qəzaları baş verib.

Bakının Xəzər rayonunda minik avtomobilinin əvvəlcə piyadanı vurub sonra avtobusa çırpılması 2 nəfərin həyatına son qoyub. Sabunçu, Xətai və İmişli rayonunda da piyadalar qəzanın qurbanı olub. Lənkəranda iki avtomobilin toqquşması nəticəsində ağır yaralanan qadın xəstəxanada ölüb. Göyçayda avtomobilin iribuynuzlu heyvanlara çırpılması, həmçinin Şəmkirdə minik avtomobilinin aşması da sürücülərin ölümünə səbəb olub.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın