Menu
Geri İrəli

Azərbaycanlı qızlar oğlanı meşəyə aparıb başına oyun açdılar

Müəllif: sumqayitxeber.com • Tarix: 24 Noyabr 2017 • Baxış sayı: 1,119 dəfə • Şərh yoxdur
Share Button

3-1-7-696x522Azərbaycanlı qızlar türkiyəli qızlarla əlbir olub Ukraynada Türkiyə vətəndaşını vəhişəcəsinə qətlə yetirib.

Bu barədə Türkiyə KİV-i xəbər yayıb.

Qətlə yetirilən Sinan Ünalın anasının sözlərinə görə, oğlu Ukraynaya istirahət etmək üçün gedibmiş.

Ana Gülseli Ünal deyib ki, oğlu Talha adlı tələbənin evində qalıb.

“Noyabrın 15-dən gecə saatlarından oğlumla əlaqə kəsildi. Telefonlarına zəng çatmırdı”, – deyə ana qeyd edib.

Polisin araşdırmaları zamanı məlum olub ki, Sinan Ünal aldadılaraq meşəyə aparılıb və orada yuxu dərmanı ilə yatızdırılıb. Bu hadisədə 2 azərbaycanlı, 3 türkiyəli qız iştirak edib.

Onların məqsədi S.Ünalı yatızdıraraq pullarını oğurlamaq olub. Lakin Ünal oyanıb. Bunu görən soyğunçular əllərində olan taxta parçaları ilə onun ayaqlarını sındırıblar.

Daha sonra Ünalın başına zərbələr endirərək qətlə yetiriblər.

Cinayətkarlar hədəfi yayındırmaq üçün hadisə yerinə satanistlərin işarələrini qoyublar. Lakin polisin uğurlu əməliyyatı nəticəsində qatillər həbs edilib. (baku.ws)

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın