Menu
Geri İrəli

BAKI-SUMQAYIT QATARINDA NASAZLIQ YARANIB, BİR NƏFƏRİN HALI PİSLƏŞİB

Müəllif: sumqayitxeber.com • Tarix: 31 Oktyabr 2016 • Baxış sayı: 118 dəfə • Şərh yoxdur

Bakı-Sumqayıt marşrutu ilə hərəkət edən elektrik qatarında nasazlıq yaranıb.

“Report”un hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, qatar hərəkətə başladıqdan 5 dəqiqə sonra elektrik verilişi kəsilib. Nəticədə qatar 10 dəqiqə yolda qalıb. Havasızlıq səbəbindən ortayaşlı qadının halı pisləşib. Hazırda ona ilkin tibbi yardım göstərilir.

Qatar 10-12 dəqiqəyədək çəkən nasazlığın aradan qaldırılmasından sonra yola düşüb.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın