Menu
Geri İrəli

Bakı-Sumqayıt yolundakı tıxacın səbəbi

Müəllif: sumqayitxeber.com • Tarix: 4 İyul 2014 • Baxış sayı: 481 dəfə • Şərh yoxdur

Bu gün səhər saatlarında Bakı-Sumqayıt yolunda baş verən qəza yolun bir neçə saat bağlanmasına səbəb olub.

ANS PRESS-in hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, “20 yanvar” istiqamətinə gedən istiqamətdə “Shagman” markalı yük avtomobili qəzaya uğrayıb. Yüksək sürətlə hərəkət edən yük maşını yoldakı maneəyə dəyib. Qəza nəticəsində avtomobilin qabaq təkəri sınıb.

Sürücü avtomobili son anda saxlaya bilib. Qəzadan sonra həmin istiqamətdə yolda dəhşətli tıxac yaranıb. Hadisə yerinə yol polisləri cəlb olunub.

Xoşbəxtlikdən qıza nəticəsində xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

shadman-qeza

Facebook Şərhləndirmə:

Şərhinizi yazın