Menu
Geri İrəli

Bakıda avtomobil qəzaya uğrayıb, 3 nəfər ölüb, 1 nəfər xəsarət alıb

Müəllif: sumqayitxeber.com • Tarix: 3 Dekabr 2015 • Baxış sayı: 370 dəfə • Şərh yoxdur

publika.az1419806421qezaBu gecə Azərbaycan paytaxtında ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Xətai rayonunda “Nissan” markalı minik avtomobili qəzaya uğrayıb. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Xilasedicilər minik avtomobilində sıxılmış vəziyyətdə qalmış sürücü, 1990-cı il təvəllüdlü Yusifov Samir Rafiq oğlunun, 2 naməlum şəxsin cəsədlərini çıxarıb, 1 nəfəri xilas edərək aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 03:18-də başa çatıb.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın