Menu
Geri İrəli

Bakıda dəhşətli qəza: 3 nəfər ölüb, 2 nəfər yaralanıb – FOTO

Müəllif: sumqayitxeber.com • Tarix: 23 İyun 2015 • Baxış sayı: 588 dəfə • Şərh yoxdur

CksD316B59p6Bakının Heydər Əliyev prospektində baş verən yol qəzasında 3 nəfər ölüb.

APA-nın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, “Ford Tranzit” markalı avtomobil “Mercedes” markalı maşınla toqquşub. Nəticədə 3 nəfər ölüb, 2 nəfər yaralanıb. Hazırda ölən və yaralananların adları dəqiqləşdirilir.

***

saat 11.24

Bakı. Hafiz Heydərov – APA. Bakının Heydər Əliyev prospektində baş verən qəza tıxaca səbəb olub. Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən APA-ya verilən məlumata görə, Heydər Əliyev prospekti – əsas yolda Bağırov körpüsünün yaxınlığında yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə yolda nəqliyyat vasitələrinin sıxlığı müşahidə olunur.

Sürücülərə alternativ olaraq Heydər Əliyev prospekti köməkçi yoldan, Babək və Ziya Bünyadov prospektlərindən istifadə etmələri tövsiyə olunur.

qeza

Facebook Şərhləndirmə:

Şərhinizi yazın