Menu
Geri İrəli

Bakıda DYP-sürücü davası: xəsarət alan var

Müəllif: sumqayitxeber.com • Tarix: 22 İyun 2015 • Baxış sayı: 482 dəfə • Şərh yoxdur
img1197098“8-ci kilometr bazarı”nını yaxınlığındakı “Diqalas” alış-veriş mərkəzinin önündə DYP-nin evakuasiya xidmətinin əməkdaşları ilə sürücülərin arasında əlbə-yaxa dava-dalaşla müşayiət olunan insident baş verib.
“Yeni Müsavat”ın əməkdaşının hadisə yerindən verdiyi məlumata görə, davanın səbəbi ticarət mərkəzinin qarşısında avtomobillərin saxlanılması üçün nəzərdə tutulan meydançadan yol polisinin evakutor maşınları ilə avtomobilləri cərimə meydançasına aparmaq istəməsi olub. Sürücülər buna etiraz ediblər. Nəticədə münaqişə yaranıb və əsəbləri tarıma çəkilmiş tərəflər arasında əlbə-yaxa dava düşüb.
Əməkdaşımızın verdiyi xəbərə görə, evakuasiya xidmətinin əməkdaşlarından biri etiraz edən sürücünü (onların adını hələlik dəqiqləşdirmək mümkün olmayıb) möhkəm döyüb. Ciddi bədən xəsarəti alan sürücünün halı pisləşib və üstünə təcili tibbi yardım briqadası çağırılıb.
Daha sonra ətrafa çoxlu adamlara yığılıb və hadisə yerinə cəlb edilmiş polis qüvvələri tamaşaçıları olay yerindən uzaqlaşdırmağa çalışıblar.
Əməkdaşımız xəbər verir ki, hadisə yerinə artıq ikinci təcili yardım maşını da çağrılıb.
Gərginlik davam edir.
Facebook Şərhləndirmə:

Şərhinizi yazın