Menu
Geri İrəli

Bakıda əri tərəfindən güllələnən qadın qəzada öldü

Müəllif: sumqayitxeber.com • Tarix: 10 Oktyabr 2017 • Baxış sayı: 195 dəfə • Şərh yoxdur
Share Button

tufengBakıda qadın əri tərəfindən güllələnib.

sumqayitxeber.com Report-a istinadən məlumat verir ki, hadisə Yasamal rayonunda baş verib.

1977-ci il təvəllüdlü Həbib Bayramov həyat yoldaşı 1980-ci il təvəllüdlü Səbinə Bayramovanı ov tüfəngi ilə güllələyib. H.Bayramov həyat yoldaşını xəstəxanaya çatdırmaq istəyərkən idarə etdiyi “Mersedes” markalı avtomobili aşıraraq qəza törədib. Qəza nəticəsində yaralı vəziyyətdə olan qadın ölüb. Qəzaya səbəb isə kişinin şok vəziyyətində olması olub.

Güllələnmə hadisəsinin ehtiyatsızlıqdan baş verdiyi ehtimal edilir.

Fakt üzrə araşdırmalar davam etdirilir.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın