Menu
Geri İrəli

Bakıda işdən qayıdan qadın dəhşət yaşadı

Müəllif: sumqayitxeber.com sumqayitxeber.com • Tarix: 18 Aprel 2014 • Baxış sayı: 463 dəfə • Şərh yoxdur

52927

Qadın vida məktubu yazan ərinin meyitini su ilə dolu vannada tapıb

Ötən gün səhər saatlarında Bakının Binəqədi rayonunda dəhşətli intihar hadisəsi baş verib. Rayon polis İdarəsi 4-cü polis bölməsindən ANS PRESS-ə verilən məlumata görə, Rəsulzadə qəsəbəsi ərazisində yaşayan 1971-ci il təvəllüdlü Cavanşir Sabir oğlu Əsgərovun meyiti hamam otağında, vannanın içində tapılıb. Onun meyidini həyat yoldaşı tapıb.

Qadın səhər evdən çıxıb və axşam saatlarında evə qayıdarkən ərini hamamda vannanın içində tapıb. Qadın ərinin öldüyünü görüb. Vanna ağzına qədər su olub. Araşdırmalar zamanı məlum olub ki, Cavanşir Əsgərov vannaya su doldurub və içinə girib. Daha sonra elektrik cərəyanı ilə özünə qəsd edib.

Cavanşir Əsgərov ölməmişdən qabaq həyat yoldaşına vida məktubu da yazıb. Məktubda bağışlanmağını və ölümündə heç kimin günahlandırılmamasını xahiş edib.

Qeyd edək ki, Cavanşir Əsgərov kiçik bizneslə məşğul olurmuş. Hələlik onun intiharının dəqiq səbəbləri məlum deyil.
Faktla bağlı araşdırma aparılır.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın