Menu
Geri İrəli

BAKIDA QORXUNC HADİSƏ: Başı, əlləri, ayaqları kəsilmiş meyit tapıldı – YENİLƏNİB

Müəllif: sumqayitxeber.com • Tarix: 5 Sentyabr 2017 • Baxış sayı: 501 dəfə • Şərh yoxdur
Share Button

qadin meyidiBu gün Bakının Hövsan qəsəbəsində tapılmış insan meyitinin kimə məxsus olduğu hələlik məlum deyil. Lent.az-ın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, Hövsan Aerasiya Stansiyasının mexaniki təmizləmə sahəsində tullantıların arasından Azərsu ASC-nın əməkdaşları tərəfindən aşkarlanan 35-40 yaşlı kişiyə məxsus olan meyitin başının, əllərinin və ayaqlarının kəsici alətlə kəsildiyi məlum olub. Əraziyə baxış keçirilərkən oradan kəsilmiş bədən üzvlərindən başqa hissəni tapmaq mümkün olmayıb.

Bildirilir ki, meyit bu gün saat 07 radələrində tapılıb və dərhal hüquq-mühafizə orqanlarına məlumat verilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə iş başlanılıb.

Qətlə yetirilən şəxsin kimliyi, hadisənin səbəbi araşdırılır.

Qeyd edək ki, ilkin müayinə zamanı qətl hadisəsinin təxminən 2-3 gün əvvəl törədildiyi müəyyən edilib.

****

11:42

Bu gün Bakı şəhərinin Hövsan qəsəbəsində insan meyiti tapılıb. Lent.az xəbər verir ki, qəsəbə ərazisindən keçən kanaldan bədəninin bir çox əzaları kəsilmiş meyit tapılıb. Hadisə yerinə əməliyyat qrupu və hüquq-mühafizə orqanlarının digər nümayəndələri cəlb edilib. Öldürülən şəxsin kimliyi və əsas əlamətləri hələlik məlum deyil.

Araşdırma aparılır.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın