Menu
Geri İrəli

Bakıda yaşayış binasında güclü yanğı baş verib

Müəllif: sumqayitxeber.com • Tarix: 10 Aprel 2015 • Baxış sayı: 721 dəfə • Şərh yoxdur
yangin122
Musavat.com-un hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, Bakının Nobel prospektində yerləşən həmin binanı tamamilə alov alib.
Hazırda yanğın davam edir və etrafa zəhərli tüstü yayılıb.
Yanğınsöndürmə briqadaları bunanın söndürülməsinə cəlb olunublar.
Yanğının əhatə dairəsi həddindən artıq geniş olduğundan və güclü külək əsdiyindən yanğını söndürmək çətinlik törədib.
Xətai rayonu, Nobel prospektində “Nargilə” kafesinin yanxınlığında yerləşən həmin yaşayış binasının sakinləri artıq təxliyə olunublar.
Yaxınlıqdakı binaların sakinləri də təşviş keçiriblər. Yanğının baş verdiyi əraziyə polis qüvvələri da cəlb olunub.
Yanğının baş verməsinin mümkün səbəbi kimi, ilkin ehtimal olaraq, reklam lövhələri göstərilir.
Hava küləkli olduğundan yanğının şiddəti daha da güclənib.
Ancaq əməkdaşımızın verdiyi son məlumata görə, bu güclü yanğını söndürmək nəhayət ki, mümkün olub.




Facebook Şərhləndirmə:

Şərhinizi yazın