Menu
Geri İrəli

Barda tanış olduğu qadını öldürən Şabran sakininə ağır cəza verildi

Müəllif: Sumqayitxeber.com • Tarix: 7 Avqust 2015 • Baxış sayı: 409 dəfə • Şərh yoxdur

barİntim əlaqədə olandan sonra Xanım əvvəlcədən razılaşdıqları məbləği istəyib.

Bakı Ağır Cinayətlər Məhkəməsində Şabran rayon sakini Rafiq İmanovun (1990-cı il təv.) CM-nin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesinin baxışı yekunlaşıb.

Oxu.Az xəbər verir ki, bu il fevralın 16-da Nizami RPİ və 24-cü polis bölməsinin əməkdaşları üzərində zorakılıq əlamətləri ilə rayon ərazisindəki evlərdən birində İsmayıllı rayon sakini Xanım Əhmədovanın (1988-ci il təv.) meyitini aşkar ediblər. Hadisədən iki gün sonra istintaq-axtarış tədbirləri nəticəsində polis tərəfindən “20 yanvar” metrostansiyasının yaxınlığında qətldə şübhəli bilinən Rafiq İmanov saxlanılıb.

İstintaqla müəyyən edilib ki, həmin gecə İmanov Əhmədova ilə barda tanış olduqdan sonra gecə saat 1 radələrində onun yaşadığı B.Nuriyev küçəsindəki mənzilə gəlib. İntim əlaqədə olandan sonra Xanım əvvəlcədən razılaşdıqları məbləği istəyib, Rafiq isə ona pul verməkdən imtina edib. Bu zəmində aralarında yaranan mübahisə nəticəsində Əhmədova onun ünvanına ağır söyüşlər işlədib, İmanov isə ona əl və ayaqla zərbələr vurub. Daha sonra isə mətbəxdən məişət-təsərrüfat təyinatlı bıçağı alan Rafiq Xanıma 4 zərbə endirib və onu sürüyərək hamam otağına salıb. Bundan sonra İmanov qapını örtərək, hadisə yerindən uzaqlaşıb.

Məhkəmə prosesində Rafiq İmanov ittiham üzrə özünü qismən təqsirli hesab edib. O, ifadəsində həmin axşam bir yerlisi ilə “Neftçilər” metrostansiyasının yaxınlığında kafedə spirtli içki qəbul etdiyini, daha sonra ondan ayrılaraq istirahət etmək məqsədi ilə elə həmin ərazidə fəaliyyət göstərən bara yollandığını göstərib. Orada olarkən özünə pivə sifariş verib, qadınlardan biri ilə tanış olaraq, onunla 50 manat müqabilində cinsi əlaqədə olmağa razılaşıblar.

Həmin yerdən çıxaraq, taksi ilə Xanım Əhmədovanın yaşadığı ünvana gəliblər. Aralarındakı mübahisə pul üstündə yaranıb, belə ki, qadın pulunu istədikdə, o əvvəl zarafat məqsədi ilə ona pul verməyəcəyi təqdirdə, onun nə edə biləcəyini soruşub və Əhmədova bunu tam ciddi başa düşərək, ona qarşı ağır ifadələr işlədib. Buna görə İmanov əsəbiləşib və Xanıma əvvəl yumruqla, sonra isə bıçaqla zərbələr endirib. Həmin mənzili tərk edəndən sonra taksi ilə özünün kirayə qaldığı evə gəlib, səhərisi gün axşam televizora baxarkən görüb ki, Əhmədovanın meyiti polis tərəfindən aşkar edilib və bərk qorxub. Növbəti gün isə onu saxlayaraq, polis bölməsinə gətiriblər.

Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 15 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın