Menu
Geri İrəli

Bulvarda özünü dənizə atan qızla bağlı ŞOK FAKTLAR

Müəllif: sumqayitxeber.com • Tarix: 16 Aprel 2014 • Baxış sayı: 936 dəfə • Şərh yoxdur

Bakıda bazar ertəsi günü özünü dənizə ataraq intihara cəhd edən qızla bağlı bəzi məqamlara aydınlıq gətirilib. Lent.az-ın milli.az-a istinadən verdiyi məlumata görə, Səbail Rayon Polis İdarəsindən bildirilib ki, iki gün əvvəl Dənizkənarı Milli Parkda özünü dənizə atan 18 yaşlı Nuranə Matanova Bakı Biznes və Kooperasiya Kollecinin 2-ci kurs tələbəsidir. Onun imtahanları ilə bağlı problemləri olub. İmtahanları verə bilmədiyindən əsəbləri korlanıb. Bu isə gənc qızı həyatdan küsdürüb və o, bulvara gələrək özünü dənizə atıb.

Milli.az-a N.Matanova ilə bağlı daha bir maraqlı məqamı da dərc edib. saytda gedən məlumatda onun atalığı tərəfindən təcavüzə məruz qaldığı deyilir: “Atalığı onu zorlamağa cəhd edibmiş. Buna görə də qız sevdiyi oğlana zəng edərək bu barədə deyib və özünü dənizə atıb”.

denize-atan-qiz

Facebook Şərhləndirmə:

Şərhinizi yazın