Menu
Geri İrəli

Daha bir ailə faciəsi: Evli kişiyə qoşulub qaçan bacısını amansızlıqla öldürdü

Müəllif: sumqayitxeber.com • Tarix: 9 Fevral 2015 • Baxış sayı: 354 dəfə • Şərh yoxdur

bogub-oldurme

Azərbaycanda daha bir qətl törədilib
Bərdə rayonunda qətl törədilib.  Fevralın 8-də Bərdə şəhəri E.Əsədov küçəsindəki fərdi yaşayış evində 1998-ci il təvəllüdlü Mirpaşa Şahbabayev (bütün ad və soyadlar şərtidir) bacısı, 1995-ci ildə anadan olmuş Nazlı Şahbabayevanı boğaraq qətlə yetirib. Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə iş başlanılıb.

 

Bildirilir ki, qətlə yetirilən 20 yaşlı N.Şahbabayeva bir müddət əvvəl evli bir kişiyə qoşulub qaçıb. Qızın bu hərəkətindən sonra ailədaxili münasibətlər gərginləşib. Nəticədə 17 yaşlı oğlan bacısını öldürmək qərarına gəlib. O, da bildirilir ki, qızın qoşulub qaçdığı kişi daha əvvəl bir neçə dəfə ailə qurub.

 

 

 

Araşdırmalar davam etdirilir.

 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın