Menu
Geri İrəli

Əri intihar edirdi, qoymadı, güllə ona dəydi- BAKIDA DƏHŞƏTLİ HADİSƏ

Müəllif: sumqayitxeber.com • Tarix: 20 Aprel 2015 • Baxış sayı: 451 dəfə • Şərh yoxdur

1319689841_tapanca-ve-gulleBu gün səhər saat 10 radələrində Bakının Binəqədi rayonunda ər arvadını güllələyib.

Binəqədi rayon Polis İdarəsindən anspress-ə verilən məlumata görə, hadisə Rəsulzadə qəsəbəsində qeydə alınıb.

Qəsəbə ərazisində yaşayan 65 yaşlı, kimliyi məlum olmayan kişi həyat yoldaşı 60 yaşlı Heyran Məmmədovanı ov silahı ilə güllələyib.

Güllə yarası alan qadın hadisə yerində keçinib.

Hadisəni törədən kişinin ayaqları yoxdur. Hadisənin baş vermə səbəblərinə gəlincə kişi əvvəlcə intihar etmək istəyib. O, ov silahı ilə özünü güllələmək istəyən zamanı arvadı ona mane olmağa çalışıb. Qadın silahın lüləsindən tutub çəkmək istəyərkən atəş açılıb.

Nəticədə qadın ürəyindən güllə yarası alıb.

Faktla bağlı araşdırma aparılır.

qafqazinfo.az

Facebook Şərhləndirmə:

Şərhinizi yazın