Menu
Geri İrəli

FACİƏ: 6-cı sinif şagirdi bacısını güllələdi

Müəllif: sumqayitxeber.com • Tarix: 21 May 2015 • Baxış sayı: 490 dəfə • Şərh yoxdur

GulleAğdam rayonunda 8-ci sinif şagirdi yaşadığı evdə ov tüfəngindən açılan atəş nəticəsində ölüb.

APA-nın Qarabağ bürosunun xəbərinə görə, hadisə Ağdamın Xıdırlı kəndində qeydə alınıb. Məcburi köçkün Həsənova Ayşən Hüseynqulu qızı evdə 6-cı sinifdə oxuyan qardaşı Hüseyn Həsənovla birgə olub. İlkin ehtimala görə, uşaqlar evdə oynayarkən H. Həsənovun əlindəki silahdan atəş açılıb və A.Həsənovaya dəyib. Nəticədə A. Həsənova aldığı güllə yarasından ölüb.

Faktla bağlı Ağdam Rayon Prokurorluğunda araşdırma aparılır.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın