Menu
Geri İrəli

Gözəllik salonunda həyat yoldaşının başını kəsdi

Müəllif: sumqayitxeber.com • Tarix: 13 İyun 2014 • Baxış sayı: 926 dəfə • Şərh yoxdur

qadin-basAzərbaycanda dəhşətli qətl hadisəsi baş verib

Gədəbəy rayonunda baş verən qətl hadisəsi ilə bağlı yeni məlumatlar açıqlanıb.

Gədəbəy Rayon Polis ŞöbəsindənAPA-ya verilən məlumata görə, qətli Slavyanka kənd sakini, 1981-ci il təvəllüdlü Qasımov Elçin Fəxrəddin oğlu törədib.

O, keçmiş həyat yoldaşı – 1986-cı il təvəllüdlü Fəxriyyə Firudin qızı Aslanovanı rayon mərkəzində yerləşən gözəllik salonlarının birində qətlə yetirərək hadisə yerindən qaçıb.

Hadisənin qısqanclıq zəmində baş verdiyi bildirilir.

Onların boşandıqları və bu nikahdan bir övladlarının olduğu bildirilib.
E. Qasımovun saxlanması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

*****

16:42

Gədəbəy Rayon Polis ŞöbəsindənAPA-ya verilən məlumata görə, hadisə rayon mərkəzində yerləşən gözəllik salonlarının birində qeydə alınıb.

Naməlum şəxs rayon sakini, 1986-cı il təvəllüdlü Fəxriyyə Firudin qızı Aslanovanın başını kəsərək qətlə yetirib.

Hadisə şahidlərinin APA-ya verdiyi məlumata görə, F. Aslanova bu gün toyu olduğuna görə salona gəlibmiş.

Hazırda polis hadisəni törədən şəxsin tapılması istiqamətində iş aparır.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın