Menu
Geri İrəli

İki nəfərin ölümünə səbəb olan sumqayıtlı sürücüyə 7 il cəza verildi

Müəllif: sumqayitxeber.com • Tarix: 15 Dekabr 2016 • Baxış sayı: 1,337 dəfə • Şərh yoxdur

qezaBu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Emin Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, hakim Tamela Nəsrullayevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Emin Əhmədov 7 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, hadisə Gəndab-Yalama yolunun 3-cü kilometrliyində qeydə alınıb. Xaçmaz rayon istiqamətində hərəkətdə olan 28 yaşlı Sumqayıt şəhər sakini Emin Əhmədovun idarə etdiyi 99 XP 311 dövlət nömrə nişanlı yük maşını qarşıdan gələn Xaçmaz rayon Nərəcan kənd sakini 53 yaşlı Ramazan Hüseynovun idarə etdiyi 27 BN 614 dövlət nömrə nişanlı “Ford Transit” markalı avtomobillə toqquşub.

Hadisə nəticəsində “Tır”ın sürücüsü xəsarət almasa da, digər avtomobildə olan sürücü Ramazan Hüseynov və sərnişin Ağarıza Bədəlov hadisə yerindəcə həyatını itirib.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın