Menu
Geri İrəli

İstanbulun mərkəzində partlayış: onlarla ölü və yaralı var

Müəllif: sumqayitxeber.com • Tarix: 12 Yanvar 2016 • Baxış sayı: 222 dəfə • Şərh yoxdur

Hadisə Sultanahmet meydanında baş verib

İstanbulun mərkəzi meydanlarından olan Sultanahmetdə güclü partlayış baş verib.

Lent.az sozcu.com.tr-yə istinadən xəbər verir ki, səbəbi hələ müəyyən edilməyən partlayış zamanı bir polis maşını aşıb. Hadisə nəticəsində onlarla polis yaralanıb. Sultanahmetdə olan jurnalistin dediyinə görə, hadisə canlı bombanın özünü partlatması nəticəsində baş verib. Onlarla ölü və yaralının olduğu bildirilir.

Yerli vaxtla saat 10:20-də baş verən partlayış o qədər güclü olub ki, yaxınlıqdakı polis avtomobili aşıb. Hadisənin şokunu üstündən atan insanlar aşan avtomobillərdəki yaralı polisləri və digər insanları xilas etməyə başlayıblar.

Ərazidə təhlükəsizlik tədbirləri gücləndirilib.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın