Menu
Geri İrəli

Kriminal avtoriteti qaçıran Günay Atakişiyevanın kimliyi məlum oldu – Sumqayıt sakinidir

Müəllif: sumqayitxeber.com • Tarix: 31 Oktyabr 2017 • Baxış sayı: 2,336 dəfə • Şərh yoxdur
Share Button

“Qoca” ləqəbli kriminal avtoritet Etibar Məmmədovun həbsxanadan qaçmağına kömək etməkdə təqsirləndirilərək həbs edilən Günay Atakişiyeva barəsində detallar məlum olub.

Sumqayitxeber.com xəbər verir ki, qafqazinfo-nun əldə etdiyi məlumata görə, Sumqayıt şəhər sakini və evdar qadın olan Günay Atakişiyeva könüllü olaraq “Qoca”nın qaçmağını təşkil edib. O, Nəsimi rayon Məhkəməsində özünü təqsirli bildiyini deyib.
Təxminən 30 yaşlı subay qadın “Qoca”nı əvvəldən tanıdığını deyib. O bildirib ki, bu əməlini pul və ya hər hansı başqa qarşılıq müqabilində yox, sadəcə tanışı Etibara kömək etmək istədiyi üçün edib.
G.Atakişiyeva hazırda “Qoca”nın yerini və harda ola biləcəyini bilmədiyini deyib: “Bizi tutub gətirdilər, o da qaçıb getdi. Sonra da mənimlə əlaqə saxlamayıb”.
G.Atakişiyeva barəsindəki həbs qətimkan tədbiri qərarından apellyasiya şikayəti verməyəcəyini bildirib.
Qeyd edək ki, Günay Atakişiyeva taksi tutaraq “Qoca”nı Qazaxda sərhəddən keçirtməyə cəhd edib. Rayon ərazisində maşınların yoxlanılması zamanı E.Məmmədov düşüb qaçıb, o isə ələ keçib.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın