Menu
Geri İrəli

Lənkəranda evə basqın: bir ailənin 4 üzvü bıçaqlandı

Müəllif: Sumqayitxeber.com • Tarix: 14 Avqust 2015 • Baxış sayı: 333 dəfə • Şərh yoxdur
Share Button

20723d9f31dd042e3d5e4d84e17cf8b7Yaralıların dördü də dərhal Lənkəran Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib
Lənkəranda quldurluq hadisəsi baş verib. APA-nın cənub bürosunun məlumatına görə, hadisə avqustun 13-də gecə saatlarında şəhər ərazisində qeydə alınıb. Adları hələlik açıqlanmayan şəxslər şəhər sakini 1967-ci il təvəllüdlü Firdovsi Mirzə oğlu Əhmədovun evinə basqın edərək, ona, oğlu, 1993-cü il təvəllüdlü Qalib Əhmədzadəyə, qızı, 1995-ci il təvəllüdlü Rəmziyyə Əhmədzadəyə və yeznəsi, Gəncə şəhər sakini, 1995-ci il təvəllüdlü Uğur Ələddin Oğlu Əliyevə bıçaqla müxtəlif dərəcəli bədən xəsarətləri yetiriblər.

Yaralıların dördü də dərhal Lənkəran Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Hazırda onlara həkimlər tərəfindən zəruri tibbi yardımlar göstərilir.

Faktla bağlı araşdırma aparılır.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın