Menu
Geri İrəli

Liftdə dəhşətli olay: uşağını xilas etdi, özü öldü

Müəllif: sumqayitxeber.com • Tarix: 25 May 2015 • Baxış sayı: 518 dəfə • Şərh yoxdur

lift-2Hadisə 14 mərtəbəli binada baş verib

Bakıda ölümlə nəticələnən bədbəxt hadisə verib. Lent.az-ın məlumatına görə, mayın 24-də axşam saatlarında Səbail rayonu, Bayıl yaşayış sahəsi, İ. Məmmədov küçəsi 2 «a» ünvanında yerləşən 14 mərtəbəli binanın 28-ci mənzilində yaşayan 1975-ci ildə anadan olmuş Mustafayev Elmar Davud oğlu övladı ilə birgə yaşadığı binanın 3-cü mərtəbəsində liftdə olarkən nasazlıq yaranıb. O, qapını açaraq əvvəlcə azyaşlı uşağını liftdən çıxarıb, daha sonra liftdən çıxmağa cəhd edərkən lift hərəkətə gəlib və E.Mustafayevin başı qapının arasında qalıb. 40 yaşlı kişi hadisə yerindəcə keçinib.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın