Menu
Geri İrəli

Oğlu öldürülən atadan dəhşətli əməl – AZADLIQ MEYDANINDA

Müəllif: sumqayitxeber.com • Tarix: 27 Avqust 2015 • Baxış sayı: 577 dəfə • Şərh yoxdur
Share Button

yanqin5859 yaşlı kişi şəhərin mərkəzində üstünə benzin tökərək özünü yandırmaq istəyib

Bakıda intihara cəhd olub. Lent.az-ın məlumatına görə, dünən saat 14:00 radələrində 1956-cı ildə anadan olmuş, Yevlax rayon sakini Abdullayev İbrahim Qasım oğlu Azadlıq Meydanında üstüna benzin tökərək özünü yandırmağa cəhd edib. Hadisə yaxınlığındakı vətəndaşlar və polis əməkdaşları İ.Abdullayevin niyyətini sona çatdırmasına imkan verməyib.

İlkin araşdırmalar nəticəsində məlum olub ki, özünü yandırmağa cəhd edən şəxsin 19 yaşlı oğlu bir müddət əvvəl Yevlaxda qətlə yetirilib.

Araşdırmalar davam etdirilir.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın