Menu
Geri İrəli

Oğru əmioğlular tutuldu

Müəllif: sumqayitxeber.com • Tarix: 3 Noyabr 2015 • Baxış sayı: 278 dəfə • Şərh yoxdur

qazax oqru (3)

Qazaxda qonşunu qarət edən əmioğlular qanundan qaça bilmədilər.

Qazaxda Xanlıqlar kənd sakini Nemət Mustafayev əmisioğlu Dərvişlə birgə spirtli içki içərək, sərxoş olduqdan sonra yaxın qonşusu Nadir Məmmədova məxsus mağazanı qarət edib. Mağazaya daxil olan qohumlar oradan 536 manat dəyərində tütün məmulatları və spirtli içkilər götürdükdən sonra qonşunun həyətinə giriblər və 200 litr benzin oğurlayıblar. Qazax polisinin axtarış tədbirləri ilə saxlanılan şəxslər oğurluqla əldə etdikləri qəniməti satmağa macal tapmayıblar. Faktla bağlı Qazax Rayon Polis Şöbəsində araşdırma davam edir.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın