Menu
Geri İrəli

Prokuror Sumqayıt sakininin qətlində təqsirləndirilən şəxsə cəza istəyib

Müəllif: sumqayitxeber.com • Tarix: 22 Sentyabr 2016 • Baxış sayı: 753 dəfə • Şərh yoxdur

hebsBu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən Elman Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

APA-nın məlumatına görə, hakim Rasim Sadıqovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib və onun 18 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Proses sentyabrın 27-də davam edəcək.

Qeyd edək ki, Sumqayıt sakini, 1968-ci il təvəllüdlü Gülnaz Dadaşovanın üzərində xəsarətlər olan meyiti yol kənarında aşkarlanıb. İlkin olaraq polisə G. Dadaşovanın müəyyən edilməmiş avtomobillə vurulması və hadisə yerində ölməsi barədə məlumat verilib. Əməliyyat tədbirləri nəticəsində G. Dadaşovanı münaqişə zəminində həmyerlisi, 1975-ci il təvəllüdlü Elman Əhmədovun döyülərək qətlə yetirdiyi məlum olub və o, tutulub.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın