Menu
Geri İrəli

Qalmaqallı məhbus özünü asdı

Müəllif: sumqayitxeber.com sumqayitxeber.com • Tarix: 17 Aprel 2014 • Baxış sayı: 421 dəfə • Şərh yoxdur

axar.az1397716653me

Bakıda istintaq təcridxanasında saxlanılan məhbus özünü asıb.    “sumqayitxeber.com”  ”Lent.az”a istinadən xəbər verir ki, Sabunçu rayon Kürdəxanı qəsəbəsində yerləşən təcridxananın 7-ci korpusunda Cinayət Məcəlləsinin 234.1 (narkotik vasitə) və 244.2.2 (qumarxana təşkil etmə) maddələri ilə təqsirli bilinərək Nərimanov rayon məhkəməsi tərəfindən barəsində həbs-qətimkan tədbiri seçilən 32 yaşlı Vəliyev Vamiq İltizam oğlu özünü asıb. Məhbus özünü mələfə ilə dəmir barmaqlıqdan asıb. Təcridxana əməkdaşları onun intihar etdiyini görüblər və V.Vəliyevi xilas edərək tibb məntəqəsinə aparıblar.   Qeyd edək ki, Vamiq Vəliyev Sabirabad rayon sakinidir. Onun adı bir sıra qalmaqallarda hallandırılır. Bir müddət əvvəl V.Vəliyevin atası oğlunun işi ilə bağlı KİV-ə müraciət də edib.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın