Menu
Geri İrəli

Qətlə yetirilən bank müdiri hansı xalq yazıçısının nəticəsidir?

Müəllif: sumqayitxeber.com • Tarix: 25 Aprel 2015 • Baxış sayı: 1,244 dəfə • Şərh yoxdur

azer-xeber2sumqayitxeber.com-a daxil olan digər məlumata görə“Avropa” otelində qətlə yetirilən “Zaminbank”ın Nəsimi filialının sədri Azər Məmmədov xalq yazıçısı Süleyman Rəhimovun nəticəsidir. 

Qeyd edək ki, aprelin 21-də Nəsimi rayonu ərazisində yerləşən “Avropa” otelinin idman zalında naməlum şəxs Bakı şəhər sakinləri Azər Məmmədova və Ruslan Əfəndiyevə bıçaqla xəsarət yetirib və hadisə yerini tərk edib. A.Məmmədov hadisə yerində dünyasını dəyişib, R.Əfəndiyev isə xəstəxanaya yerləşdirilib.

“Zaminbank”ın Nəsimi rayon filialının müdiri olmuş A.Məmmədov məşq edən zaman S.Quliyevlə otelin idman zalının qarışıq döyüş növləri üzrə məşqçisi R.Əfəndiyev arasında mübahisə yaranıb. A.Məmmədov onları sakitləşdirməyə çalışıb. S.Quliyev bıçaqla məşqçiyə və Azərə zərbələr vurub.

 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın