Menu
Geri İrəli

“Qoca” atışma zamanı ÖLDÜ

Müəllif: sumqayitxeber.com • Tarix: 2 Noyabr 2017 • Baxış sayı: 1,181 dəfə • Şərh yoxdur
Share Button

1509598082_ed9f8c81f9ed8f538cb5a95c9f28a7c0Bakıdakı atışmada yaralanan “Qoca” ləqəbli Etibar Məmmədov ölüb.

sumqayitxeber.com report-a istinadən xəbər verir ki, Bakının Qaradağ rayonunda silahlı insident baş verib. Hüquq-mühafizə orqanlarının əməkdaşları ilə “Qoca” ləqəbli Etibar Məmmədovun yaxalanması əməliyyatı zamanı bir qrup silahlı şəxs arasında atışma olub.

Silahlı şəxslərdən biri bir neçə gün bundan əvvəl Biləcəri dəmiryol stansiyasında qaçan məhbus, “Qoca” ləqəbli Etibar Məmmədov olub.

E.Məmmədov atışmada yaralanıb və ölüb.

Hadisə zamanı daha iki nəfər xəsarət alıb. Yaralılar 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdiriliblər. Xəsarət alanlardan biri 1988-ci il təvəllüdlü Əsgərov Anar Azər oğludur. O, “Qoca”nı yük avtomobili ilə qaçırırmış. Digər yaralı isə 1993-cü il təvəllüdlü Bəyəlizadə Şahmar Şamil oğludur. O, üz nahiyəsindən xəsarət alıb.

Ş. Bəyəlizadənin “Qoca” ləqəbli E.Məmmədova kömək edən yük avtomobili sürücüsünün köməkçisi olduğu bildirilir.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın