Menu
Geri İrəli

Şirvandakı dəhşətli başkəsmə olayının təfərrütları

Müəllif: sumqayitxeber.com • Tarix: 22 Yanvar 2015 • Baxış sayı: 619 dəfə • Şərh yoxdur

bicaq4-300x185Bakıdan Şirvana əməliyyat-istintaq qrupu göndərilib

 Şirvan şəhərində dəhşətli qətl hadisəsi baş verib. APA-nın yerli bürosunun xəbərinə görə, Şirvan şəhərinin Rəsulzadə küçəsində tikintisi hələ başa çatmamış, amma yaşayış olan 15 saylı mənzildə Balakişiyeva Sevinc Məmməd qızı və onun qayınatası Kişiyev Araz Babayar oğlu başı kəsilmiş vəziyyətdə tapılıblar. Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir.

“Yeni Müsavat”a daxil olan məlumata Bakıdan Şirvana Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsinin əməkdaşlarından ibarət əməliyyat-istintaq qrupu göndərilib. Olayla bağlı hazırda bir neçə versiya diqqətdən keçirilir. Versiyalardan birinə görə, A.Kişiyev gəlinini öldürəndən sonra özünə qəsd edib. Gəncədən olan S.Balakişiyeva A.Kişiyevin oğlu ilə bir müddət əvvəl internet üzərindən tanış olub. Ailəli olan Kişiyevin oğlu mənzil kirayələyərək S.Balakişiyeva ilə də yaşamağa başlayıb. Bu isə A.Kişiyevin qəzəbinə səbəb olub və belə bir cinayət törədib.
Meyitlər aşkar ediləndən sonra istintaqçılar qadının həyat yoldaşını arayıb tapa bilmirlər. Bu isə digər ehtimalın meydana çıxmasına əsas yaradıb – cinayət qadının həyat yoldaşı tərəfindən törədilib.  Ehtimal edilir ki, qadınla atasının münasibətlərindən xoşlanmayan Kişiyevin oğlu qətl törədib və qaçıb gizlənib.
Hazırda araşdırmalar davam edir.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın