Menu
Geri İrəli

Sumqayıt polisi daha bir uğurlu əməliyyat – VİDEO

Müəllif: sumqayitxeber.com • Tarix: 30 Dekabr 2016 • Baxış sayı: 782 dəfə • Şərh yoxdur
Share Button

qoraddelSumqayıt şəhər sakini Sədaqət Vəzirəliyeva Daxili İşlər Nazirliyinin 102 zəng mərkəzinə müraciət edərək dekabrın 25 də şəhər ərazisində yerləşən ticarət mərkəzlərindən birində olan zaman naməlum şəxsin onun cibindən içərisində 500 manat pul, plastik kart və şəxsiyyət vəsiqəsi olan pul kisəsini oğurladığını bildirib.

Strategiya.az ARB TV-yə istinadən xəbər verir ki, polis idarəsi əməkdaşlarının keçirdikləri əçəliyyat-axtarış tədbirləri nəticəsində əvvəllər oğurluq etdiyinə görə 4 dəfə məhkum edilmiş Mürvət Quliyev şübhəli şəxs qismində saxlanılaraq istintaqa təhvil verilib.

Sumqayıt polisi daha bir uğurlu əməliyyat keçirib.

Şəhər Polis İdarəsi cinayət axtarış şöbəsi əməkdaşlarının apardıqları tədbir nəticəsində ictimai nəqliyyatda cibgirlik edən əvvəllər dəfələrlə məhkum olunmuş Səxavət Həsənov saxlanılıb.

Araşdırma zamanı məlum olub ki, Həsənov Sumqayıt şəhəri ərazisində “10 a” maşrut xətti üzrə hərəkətdə olan sərnişin avtobusunda, şəhər sakini Mənzər Əliyevanın gödəkçəsinin cibindən 1 ədəd mobil telefon oğurlayıb. Oğurlanan telefon Həsənovun üzərindən aşkar edilərək maddi sübut kimi götürülüb. Polis əməkdaşları, cibgirlik etdikləri üçün saxlanılan şəxslərin digər cinayətlərdə iştirakını istisna etmirlər.

Onların əməlindən əziyyət çəkən başqa vətəndaşlar varsa bu barədə DİN – in 102 zəng mərkəzinə və ya Sumqayıt Şəhər Polis İdarəsinə müraciət edə bilərlər.

Sumqayıt ərazində oğurluq edən, əvvəllər məhkum olunmuş, Elvin Nəsurullayev də saxlanılıb.

Onun həmyerliləri əvvəllər məhkum edilmiş Hikmət Fərəcov, Həsən Mehdiyev və Asim Abbasovla birgə oktyabrın 22 sindən dekabrın 7 sinədək olan müddətdə şəhər ərazisində 11 evdən və 1 qarajdan  tikinti alətləri, qızıl və məişət əşyaları oğurladığı da müəyyən edilib. Dəstənin digər üzvləri saxlanılaraq istintağa təqdim ediliblər. İlkin dindirilmə zamanı şəxslər əməllərini etiraf ediblər.

Asim Abbasov – Saxlanılan şəxs: ”Corat bağları, Novxanı tərəf və Xəzər bağlarında. Bina evləri olmayıb, ancaq həyət evlərində. Kombi, kondisaner, tikinti alətləri və elektrik naqilləri götürüb satıb, pullarıda 4 nəfər arasında bölmüşük”.

Həsən Mehdiyev – Saxlanılan şəxs: ”Tikinti alətlərini götürüb satmışıq. Saat 7 və ya 8 də gedirdik, işıq yanmırdısa, girirdik içəri. Götürdüklərimizi çıxıb boş həyətə qoyub, səhər gedib satırdıq”.

Qeyd edilən faktlarla bağlı cinayət işi açılıb, araşdırmalar aparılır.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın