Menu
Geri İrəli

Sumqayıt sakini Füzulidə 78 yaşlı qadını qətlə yetirib

Müəllif: sumqayitxeber.com • Tarix: 13 İyun 2017 • Baxış sayı: 344 dəfə • Şərh yoxdur

olum8Füzuli rayonunda qətl hadisəsi baş verib.

APA-nın Qarabağ müxbirinin xәbәrinә görә, hadisә rayonun Babı kәndindә qeydә alınıb.

Kәnd sakini 78 yaşlı Luba Babeyavanın meyiti qonşuları tərəfindən evindә aşkarlanıb.

Hadisә yerinә gәlәn hüquq-mühafizә orqanlarının əməkdaşları isti izlәrlә cinayәti törәtmәkdә şübhәli bilinәn Sumqayıt şәhәr sakini, 25 yaşlı Abbasov Yaqub Vahid oğlunu saxlayıblar.

Kәnd sakinlәrinin bildirdiyinə görə, həmin şəxs kәndә әmisigilə qonaq gəlib. Gecә saatlarında tәnha qadının yaşadığı evә daxil olan Y. Abbasov onun başına küt alәtlә vuraraq öldürüb.

L. Babayevanın yeganә qız övladının xaricdә yaşadığı bildirilir.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın