Menu
Geri İrəli

Sumqayıtda 27 yaşlı gənc dənizdə batdı

Müəllif: sumqayitxeber.com • Tarix: 21 İyul 2016 • Baxış sayı: 822 dəfə • Şərh yoxdur
Share Button

deniz2Xəzər dənizində daha bir nəfər batıb.

“Xəzər Xəbər”in Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Sumqayıt şəhərində (ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 2 km aralı və 50 metr dənizin içərisində, nəzarətsiz ərazidə) 1 nəfərin batması barədə məlumat daxil olub.

Dərhal Nazirliyin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunub, 1989-cü il təvəllüdlü Şahverdiyev Cavid Nəbi oğlunun cəsədi tapılıb sudan çıxarılıb.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın