Menu
Geri İrəli

Sumqayıtda kafe sahibini şantaj edən təsisçi və redaktor müavininə hökm oxunub

Müəllif: sumqayitxeber.com • Tarix: 25 Noyabr 2015 • Baxış sayı: 518 dəfə • Şərh yoxdur

hokmBu gün Bakı Ağır Cinayətlər Məhkəməsində şantajla məşğul olmaqda təqsirləndirilən Şahin Orucov və Cəlil Səmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın məlumatına görə, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub. Hökmə əsasən onların hər biri 5 il müddətinə azadlıqdan məhrum edilib. Onlar məhkəmə zalında həbs olunublar. Şahin Orucov “Kriminal və Bəşəriyyət” qəzetinin təsisçisi, Cəlil Səmədov isə “Korrupsiya və Qanun” qəzetinin redaktor müavinidir.

İttihama görə, Şahin Orucov və Cəlil Səmədov Sumqayıt şəhəri ərazində yerləşən kafedə əxlaqsızlıq yuvası təşkil olunduğunu öyrəniblər. Onlar həmin kafeyə gedərək, video görüntülər çəkiblər. Özlərini jurnalist kimi təqdim edərək, çəkilişləri yaymamaq qarşılığında 5 min manat pul tələb ediblər. Hər iki şəxs Cinayət Məcəlləsinin 182 (Hədə-qorxu ilə tələb etmə, yəni zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə, onların haqqında rüsvayedici məlumatlar yayma və ya onların əmlakını tələf etmə hədəsi ilə özgənin əmlakını və ya əmlaka olan hüququnu və ya əmlak xarakteri daşıyan digər hərəkətlər etməsini tələb etmə) maddəsi ilə ittiham olunur.

Təqsirləndirilən şəxslərin barəsində həbs-qətimkan tədbiri seçilməyib.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın