Menu
Geri İrəli

Sumqayıtda oğruluq edən oğrunun başına görün nə gəldi – VİDEO

Müəllif: sumqayitxeber.com • Tarix: 26 İyul 2017 • Baxış sayı: 634 dəfə • Şərh yoxdur

5977619e6a17a_2ogruSumqayıtda kuryoz hadisə baş verib. Oğurluğa gələn şəxs, binanın şaxtasında boru xəttinə ilişib qalıb. Həmin şəxsi elə bina sakinləri tutaraq əlləri ilə polisə təhvil veriblər.

Oğurluğa gəldiyi binadan qaçmaq istəsə də, bu, mümkün olmadı.

Video-görüntüdə oğru kimi təqdim olunan şəxs binanın şaxtasında ilişib qalıb.

Görüntülər Sumqayıtdandır. Hadisə 9-cu mikrorayon ərazisində baş verib. Şaxtaya düşən şəxslə olan dialoqdan belə aydın olur ki, həmin şəxs binaya oğurluq məqsədiylə gəlib. Danışıqlarda onun bir neçə evdən oğurluq etdiyi ilə bağlı iddialar da səslənir. Həmçinin bildirilir ki, həmin şəxs ifşa olunacağını hiss edərək şaxtayla qaçmağa cəhd edib və onun bu istəyi alınmayıb.

Mənzil sahibi Nadir Qiyasov “XəzərXəbər”ə bildirdi ki, o, mənzilinə daxil olarkən içəridə yad birinin olduğunu görüb.

Həmin şəxsi elə bina sakinləri tutaraq əlləri ilə polisə təslim ediblər. Hazırda fakt araşdırılır.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın