Menu
Geri İrəli

Sumqayıtda oğurluqla məşğul olan şəxslər tutuldu

Müəllif: sumqayitxeber.com • Tarix: 28 Noyabr 2016 • Baxış sayı: 445 dəfə • Şərh yoxdur

ogurluqSumqayıtda oğurluq etmiş şəxslər tutulub. Lent.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, sentyabrın 17-də oğurluq etdiyinə görə tutulmuş Rüfət Rəhimovun ətrafında Sumqayıt ŞPİ əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun iyulun 31-dən avqustun 28-dək olan müddətdə Sumqayıt şəhər sakinləri olan 5 nəfərdən pul və mobil telefonlar oğurlaması da müəyyən edilib.

Bundan başqa Sumqayıt ŞPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 26-da şəhər sakini Fəridə Əmirovanın mobil telefonunu oğurlamaqda şübhəli bilinən həmyerlisi Eldar Quliyev tutulub.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın