Menu
Geri İrəli

Sumqayıtda qıza görə qətl törətməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayıb

Müəllif: sumqayitxeber.com • Tarix: 26 Oktyabr 2017 • Baxış sayı: 222 dəfə • Şərh yoxdur
Share Button

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Teymur Sadıqovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.

sumqayitxeber.com  ”Report”a istinadən xəbərinə görə, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Növbəti məhkəmə iclası noyabrın 2-nə təyin edilib.
Qeyd edək ki, hadisə bu il iyunun 27-də Sumqayıt şəhərində baş verib. Astara rayon sakini, əvvəllər məhkum olunmuş Taleh Babazadə bıçaq xəsarəti ilə xəstəxanaya gətirilib və orada ölüb.
Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin Gədəbəy rayon sakini T.Sadıqov tərəfindən münaqişə zəminində törədilməsi müəyyən edilib. O, Şəmkir rayonu ərazisində tutulub.
İlkin məlumatda bildirilib ki, T.Babazadə hadisə yerinə getməzdən əvvəl tanışlarından birinə qız söhbətinə getdiyini deyib.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın