Menu
Geri İrəli

Sumqayıtda tanışını baltalayan şəxsin məhkəməsi başlayıb

Müəllif: sumqayitxeber.com • Tarix: 8 İyun 2017 • Baxış sayı: 474 dəfə • Şərh yoxdur

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən Rüfət Quliyevin cinayət işi üzrə məhkəmə istintaqı başlayıb.

APA-nın xəbərinə görə, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib. İttihama münasibət bildirən R. Quliyev elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, qətli söyüş üstündə törətdiyini deyib.

Zərərçəkmiş şəxsin hüquqi varisi qismində anası Cəmilə Əhmədova ifadə verib. O, oğlunun qatilinə ağır cəza istəyib.

Sonra hadisə şahidləri ifadə verib.

Proses iyunun 13-də davam etdiriləcək.

Qeyd edək ki, ötən ilin fevralın 8-də saat Sumqayıt şəhəri, Corat qəsəbəsində Rüfət Quliyevin yaşadığı evə gələn tanışı Ramiz Hətəmovla aralarında söyüş üstündə mübahisə yaranıb. Rüfət Quliyev balta ilə Ramiz Hətəmovun başına zərbələr endirib. Ramiz Hətəmov hadisə yerində ölüb. Cinayəti törədən Rüfət Quliyev könüllü olaraq polisə təslim olub.

Araşdırmalar zamanı məlum olub ki, hər iki təqsirləndirilən şəxs əvvəllər narkotik maddələrin qanunsuz dövriyyəsində təqsirli bilinərək məhkumluq həyatı yaşayıblar. Onlar 3 saylı Cəzaçəkmə müəssisəsində bir yerdə cəza çəkiblər.

Rüfət Quliyev Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham edilir.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın