Menu
Geri İrəli

“Yanan binanın sakinləri villalara yerləşdirilir”- Hacıbala Abutalıbov

Müəllif: sumqayitxeber.com • Tarix: 19 May 2015 • Baxış sayı: 512 dəfə • Şərh yoxdur

93500“Yanğınla əlaqədar evsiz qalan bütün sakinlər müvəqqəti olaraq evlə təmin ediləcək”.

Trend-in məlumatına görə, bunu bu gün Bakıda yanğın baş verən yaşayış binasının sakinləri ilə görüşündə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov deyib.

Hadisə yerinə baş çəkən icra başçısı sakinlərlə söhbət edib.

H.Abutalıbov bildirib ki, yanğın səbəbindən bu gün evsiz qalan bütün sakinlər müvəqqəti olaraq evlə təmin ediləcək: “Evləri tam yanmış bütün sakinlər ayrı-ayrı yerlərdə – 10 xüsusi villa, koteclər, eləcə də sanatoriyalarda müvəqqəti yerləşdiriləcək”.

Onun sözlərinə görə, dəyən ziyandan asılı olmayaraq, sakinlərə bu günlük hələlik 1000 manat kompensasiya veriləcək: “Sabaha qədər dəyən ziyanın orta məbləği müəyyən ediləcək. Evi yananlara ən yüksək məbləğ veriləcək. Həmçinin məktəbə gedən uşaqlar üçün avtobuslar təşkil olunacaq”.

Qeyd edək ki, bu gün Bakıda yaşayış binasında baş vermiş yanğın zamanı ölənlərin sayı 14 nəfərə çatıb, xəsarət alanlar isə 50 nəfərdir.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın