Menu
Geri İrəli

Arzu Nağıyev: “Azərbaycan nailiyyətləri xristian Avropanı tam qane etmir”

Müəllif: sumqayitxeber.com • Tarix: 4 Mart 2015 • Baxış sayı: 448 dəfə • Şərh yoxdur

arzu nagiyevHər zaman Azərbaycana qarşı qeyri-obyektiv və qərəzli mövqeyi ilə seçilən beynəlxalq hüquq müdafiə təşkilatı “Amnesty International” yenidən ölkəmizi hədəf seçib. Belə ki, təşkilat bu günlərdə Azərbaycana qarşı daha bir təxribata əl atıb. Kütləvi informasiya vasaitələrinin də yaydığı məlumatda bildirilir ki, “Amnesty International” təşkilatı Avropa ölkələrinə cari ilin iyun ayında Azərbaycanda keçiriləcək Avropa Yay Oyunlarını boykot etməyə çağıran müraciət yayıb. Müraciətdə təşkilat iddia edir ki, Azərbaycanda insan haqları və söz azadlığına qarşı basqılar var, müxalif düşüncəli insanlar təqib olunur. Təşkilatın iddiasına görə “bu kimi neqativ halların geniş vüsət aldığı” Azəbaycanda keçirilən Avropa Yay Oyunlarını boykot etmək ən doğru qərar olar. Bəs görəsən “Amnesty International” təşkilatının bu çağırışına qoşulan dövlətlər olacaqmı? Ümumiyyətlə Avropanın bəzi qurumları tərəfindən Avropa Oyunlarının Azərbaycanda keçirilməsinə olan qısqanc münasibət nədən irəli gəlir? “Amnesty International” təşkilatının müraciəti, eləcə də onun mümkün təsirləri barədə siyasi ekspert Arzu Nağıyevlə söhbətləşdik.

-Arzu müəllim, “Amnesty International” təşkilatı Avropa ölkələrinə müraciət edərək onları Bakıda keçiriləcək Avropa oyunlarından imtina etməyə çağırıb. Bunu necə dəyərləndirisiniz?

-Məlumdur ki, Bakıda keçiriləcək I Avropa Oyunlarında 49 ölkədən 6000 idmançı 19 idman növü üzrə proqramlarda öz güclərini sınayacaqlar. “Amnesty International” təşkilatı isə əsasən Leyla Yunusun irəli sürdüyü uydurma ittihamlar əsasında belə bir müraciətlə çıxış edib. Yəni Leyla Yunus belə bir fürsətdən istifadə edərək siyasi baxımdan yararlanmaq istəyir. Daha doğrusu bu günkü məqamdam sui istifadə edərək öz reytinqini qaldırmağa çalışır. Düşünürəm ki, bu çağırışlar uzaq başı idman bayramının səviyyəsini aşağı salmağa hesablanıb, özgə nə ola bilər ki? Hansı bir ölkə, hansısa bir dövlət öz idmançılarını medallar qazanmaqdan məhrum edər? Əlbəttə yox.

-Sizcə bu müraciətin hansısa təsiri olacaqmı?

-Belə müraciətlər tarixən olub və heç bir müsbət effekt verməyib. Misal kimi SSRİ vaxtı Moskva və sonradan adekvat olaraq Los-Anceles olimpiadası misalı ola bilər. Bu da heç bir effekt vermədi və idmanı siyasətə çevirə bilmədilər. Düşünürəm ki, sözügedən təşkilatın müraciətinin elə bir təsiri olmayacaq. Çünki Azərbaycan tək kimlərinsə fikirləri ilə dəyərləndirilimir. Azərbaycan bu gün özünün idman və digər sahələrdə dəsti-xətti olan, bir sıra beynəlxalq tədbirlərə ev sahibi edən ölkədir.

-Ümumiyyətlə, Avropanın bəzi qurumları tərəfindən Avropa Oyunlarının Bakıda keçirilməsinə olan qısqanclığın arxasında nə dayanır?

-Bilirsiniz, bu gün Azərbaycan dünyada bir neft və qaz ixrac edən dövlət kimi öz mövqeyini nümayiş etdirir. Bundan başqa Avrovizion mahnı müsabiqəsinə də ev sahibliyi edib və möhtəşəm nailiyyətlər əldə edib. Tolerantlığı ilə nümunə olmasına baxmayaraq Azərbaycan müsəlman ölkəsidir və bu ölkənin belə bir nailiyyətləri xristian Avropanı tam qane edə və sevindirə bilməz. Eyni zamanda erməni faktorunu və onların havadarlarını da bura əlavə etsək, doğrudan da qısqanclığın nədən ibarət olduğunu görərik.

-Mümkündürmü ki, Avropa Oyunları ərəfəsində xarici dairələr Azərbaycanda hətta sabitliyi pozmağa cəhdlər etsinlər?

-Bununla bağlı dəfələrlə bildirmişik və bu istiqamətdə ermənilər və onların havadarlarının da mövqeyi məlumdur. İlin əvvəlindən başlayaraq atəşkəsin pozulması, təxribatlar bu məqsədə xidmət edir. Lakin görəndə ki, cavabları verilir öz yerlərinə çəkilirlər. Yəni, bu qüvvələrin, ümumiyyətlə Cənubi Qafqazda qeyri-stabil bir vəziyyət hökm sürdüyünü dünyaya car çəkməyə çalışmaqlarına baxmayaraq məqsədlərinə nail olmurlar. Buna baxmayaraq xalqımız, hüquq-mühafizə orqanları ilə birlikdə bunun qarşısını almaq istiqamətində əlindən gələni etməlidirlər. Çünki bu Azərbaycanımızın dünyada tanınması üçün atılacaq ən mühüm addım ola bilər.

Süleyman İsmayılbəyli, olaylar.az

Facebook Şərhləndirmə:

Şərhinizi yazın