Menu
Geri İrəli

“Ded Xasan”: “Zəhmət olmasa, oğrunu başa düşün”

Müəllif: sumqayitxeber.com • Tarix: 18 Yanvar 2013 • Baxış sayı: 606 dəfə • Şərh yoxdur
Share Button

Yanvarın 16-da Kremlin yaxınlığındakı “Karetnıy dvor” restoranının girişində güllələnən və xəstəxanaya yerləşdirilsə də, tezliklə ölən “Ded Xasan” ləqəbli qanuni oğru Aslan Usoyan həyatında yalnız bir dəfə müsahibə verib. İllər öncə müstəqil jurnalist Maksim Qladkinin “Ded Xasan”dan götürdüyü həmin müsahibə yenidən medianın diqqətini cəlb edib. Həmin müsahibə budur:

 

- Aslan Rəşidoviç, bu gün oğru dünyasında nə baş verir?

 

- Mən artıq bu sahədən uzağam. Biz dinc insanlarıq, heç kimə mane olmuruq. İstəyirik ki, sülh olsun, başıpozuqluq olmasın. Sakit yaşayırıq.

 

- Siz özünüzü dinc insan sayırsınız?

 

- Bəli, əlbəttə. Mən sakit yaşayıram, heç kimə mane olmuram, mən sülhpərvərəm.

 

- Sizin kriminal dünyanızda insanlar barışmağa məcbur edilir?!

 

- Nə etməliyik, artıq qocalmışıq, həyatın hər üzünü görmüşəm, nə danışdığımı bilirəm.

 

- Bəs “Cema”nı (2001-ci ilin oktyabrında Xabarovskda həbsxanada vəfat edən “qanuni oğru” Yevgeniy Vasin) xatırlayırsınız?  

 

- Onunla Tobolskda həbsxanada bir oturmuşuq. Sonra da ad günlərində getmişəm, istirahət etmişik. O, olduqca ləyaqətli insan idi.

 

- O, “qanuni oğru” idi, hansı ləyaqətdən söhbət gedə bilər?

 

- Bunlar cəfəngiyatdır. ( “Cema” uşaq ölümünədə təqsirləndirilərək həbsdə yatıb) Əgər həmin uşağı kim öldürübsə, onun başını özüm qopararam. Allah, ədalət var və ədalət bərpa olunur.

 

- Siz oğru ədalətinizdə Allaha inanırsınız?

 

- Yaşlandıqca, bəli. Həyat oyundur. Zəhmət olmasa, oğrunu başa düşün. Oğru başa düşən zaman bu mərhələyə çatır. Bilirsiniz, mənalı kitablar oxumaq və mənalı kinolara baxmaq lazımdır, yalnız oğurlayan insan olmağa yuvarlanmaq yox. İnkişaf etmək lazımdır.

 

- Siz inkişaf etmisiniz, ciddi nüfuzunuz var.

 

- Bizim dünya başqadır.

 

- Siz Zaxari Kalaşovun (Cinayətkar qruplaşmanın rəhbəri, çirkli pulların yuyulması ilə bağlı İspaniyada 7,5 il azadlıqdan məhrum edilən “Şakro Molodoy” ləqəbli “qanuni oğru”) həbsi barədə nə düşünürsünüz?

 

- Hər şey ədalətsiz olub. Onun insanlara qarşı xeyirxahlıqlarını heç kim unutmayacaq. Onun İspaniyada həbsi ədalətli deyil. Çoxlu düşmənləri var, sadəcə, ona çamur atırlar.

Kiməsə insanı qaralamaq və onun Rusiyada olan hər şeyini almaq sərfəlidir. O, bizneslə məşğul olub.

 

- Siz “Xaç atası”sınız?

 

- Mən pensiyaçıyam, pensiya ilə yaşayıram.

 

- Siz həqiqətən yalnız pensiya ilə yaşayırsınız?

 

- Belə də.

 

- Operativ məlumatlara görə, Zaxari Kalaşovun həbsindən sonra kriminal dünyanın yuxarı təbəqəsi müdafiəsiz qalıb.

 

- Zaxari Kalaşov barədə danışılanların hamısı yalan və pis niyyətlidir. O, yaxşı, xeyirxah insandır, oğrularla işləyib, ancaq yalnız normal qaydada işləyib. Baxın, kimsə niyə soruşmur ki, birinə olar, digərinə olmaz? “Şakro” və mən beləyəm. Amma o, oğru adına bir az xələl gətirdi, Tbilisidə özünə saray tikdirdi. Təvazökar olmaq lazımdır.

 

- Ancaq siz Tverskoyda (Moskvanın mərkəzi küçəsi) yaşayırsınız…

 

- Mən təvazökar həyat yaşayıram, heç kimə toxunmuram. Həyatımı sakit yaşamaq istəyirəm.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın