Menu
Geri İrəli

“Fəlakət “tupoy”dur”

Müəllif: sumqayitxeber.com • Tarix: 9 İyun 2014 • Baxış sayı: 1,191 dəfə • Şərh yoxdur
Share Button
felaketTamaşaçılara “Bozbaş Pictures”dən “Fəlakət” obrazı ilə tanış olan Elşən Orucovun “Kaspi”qəzetinin gənclik əlavəsinə verdiyi müsahibəni təqdim edirik:
- Fəlakət obrazı bu gün gündəmi zəbt edib. Bu adı seçərkən gənclərin arasında fəlakət qoparacağınızı bilirdinizmi?
- Obrazımın seviləcəyini bilirdim, ancaq bu qədərini təsəvvür etmirdim. Bu mənim üçün çox sevindirici oldu. Fəlakət çox saf bir obrazdır. El dilində desək, «tupoy»dur. Onun hərəkətləri obraza şirinlik gətirir. Əslində hər insanın ətrafında Fəlakət kimi insanlar var. Olmasa belə maraqdan o obrazı alındırmağa çalışırlar. Fəlakət yeni bir obraz olduğu üçün hər kəsin sevimlisinə çevrildi. Buna səbəb isə indiyə kimi belə bir obraz olmaması idi.
- “Bozbash Pictures”in ssenarisini kim yazır? Ümumiyyətlə iş rejiminiz çətin deyil ki?
- İş rejimimiz çox çətindir. Ancaq biz bu çətinlikdən zövq alırıq. Həm də insanlar tərəfindən işimizin dəyərləndirildiyini görəndə, onların reaksiyasını sosial şəbəkə vasitəsi ilə izləyəndə o yorğunluqdan əsər-əlamət qalmır. Hər birimiz ssenarinin yazılma prosesində iştirak edirik. Bizim ssenaristimiz Ənvər Abbasovdur, onunla bir yerdə mövzunu qoyub məsləhətləşirik. Proseslərin hamısında özü iştirak edir. Fəlakət obrazım var deyə gedib birbaşa çəkiliş meydançasında oynamıram. Verilişin montajını da Ramil Babayevlə mən edirəm. “Bozbash Pictures” efirə gedən dəqiqələrə kimi biz onun məsuliyyətini daşıyırıq. Tək aktyorluq sahəsində desəydim, bir az rahat olardım. Bütün çəkiliş prosesində ekran qarşısında və ekran arxasında iştirak edirik.
- Belə bir obrazın yaranması ilk olaraq kimin ağlına gəlib?
- Fəlakət obrazın yaranması çox təsadüfi oldu. Bundan öncə başqa bir obraz canlandırırdım. Mənim obrazımda ifadə etdiyim sözlərin hamısı mənə məxsusdur. Obrazımın üzərində işləyirəm və bu obrazın formalaşmasında məndən başqa heç kim rol oynamır. Bundan əvvəl, layihəyə yeni başlayanda 2011-ci ildə türk obrazını canlandırırdım. İki il bu şəkildə davam etdik. Ondan sonra mədəni insan obrazını canlandırdım. Sonra müəyyən səbəblərdən məsləhət oldu ki, obrazımı dəyişim. Düşündük ki, biz nə edək və nəticədə bu obrazı yaratmağa qərar verdik. Fəlakət iki ilə adsız olub. Əslidə bu adın verilməsi də təsadüf şəkildə olub. Bu ad İlkin Həsənli tərəfindən verilib. Çəkilişlərin birində İlkin Şəmi obrazını yaradarkən təsadüfən mənə Fəlakət dedi və o gündən etibarən adım Fəlakət qaldı. Ancaq ondan qabaq adım yox idi deyə, mənə «Əla, Əla» deyirdilər. 2013-cü ildən sonra bu ad yarandı və qərara aldıq ki, bu adla davam edək.
- Bu obrazınızla «tupoy» el arasında desək, lom gənclərə nə demək istəyirsiniz? 
- Bizim tamaşaçılara çatdırdığımız verilişdə mətnaltı mənalar var. İnsanlara sözümüzü gülüş vasitəsi ilə deyirik. Fəlakətə oxşayan insanlar var, ancaq mənim yaratdığım obraz həmin insanların qabarıq formasıdır. Hansı ki, bu insana dözmək mümkün deyil. Hər kəs düşünür ki, mənim belə bir dostum olsa, mən onunla necə yola gedərəm? Bu obrazın bir maarifləndirici tərəfi var. Orada işlətdiyimiz sözlərin mətnaltı mənaları var. Görün insanlar sözləri əksinə başa düşsələr, həyatda nələr baş verər və hadisələri hansı səviyyəyə gətirib çıxarar? Ssenari yazarkən hər zaman mətnaltı mənaya önəm veririk. Misal üçün, Mingəçevirdə çəkilişdə olarkən cin çıxarmaq məsələlərinə müraciət etdik. Bir müddət insanlar arasında bu böyük marağa səbəb olmuşdu. Guya cin çıxaran insanlar var. Təəssüflər olsun ki, belə cəfəngiyatlara inananlar da var. Biz gənclər buna inanmırıq və bizim ətrafımızdakılar da bu kimi gülünc uydurmalara inanmırıq. Müəyyən kütlə belə şeylərə inanır. Biz də öz ssenarimizi o şəkildə qururuq ki, insanlar yanıldıqlarını görsünlər. Qoy görsünlər ki, bu, insanların aldatmağın ən asan yoludur. Biz onu yumoristik şəkildə tamaşaçılara çatdırırıq. Belə olan halda nə tamaşaçılar, nə o cin çıxaranlar bizdən incimirlər.
- Gün keçdikcə Fəlakətlərin sayı çoxalır. Bu prosesdə siz özünüzü qınayırsınızmı?
- Mən burada mənfi heç nə görmürəm. Tamaşaçılar mənə deyir ki, evdə uşaqlar Fəlakətin dili ilə danışır. Ancaq indiyə kimi mən bundan şikayət edən tamaşaçı görməmişəm. Fəlakətin kiminsə həyatına pis təsir göstərməsini görməmişəm, görmək də istəmirəm. Mənə hər kəsin sevimlisi olan Fəlakət olmaq daha xoşdur.
- Bu, bir aktyor kimi sizin uğurunuzdur. Ancaq bəziləri düşünür ki, gənclər arasında «tupoylaşma»ğa meyl daha da artır. Sizin imicinizi yaradıb sosial şəbəkələrdə özünü sizə oxşadan gənclər çoxalır. Nəinki gənclər, hətta obrazınızın simasında kafelər, marketlər, gözəllik salonları belə açılır.
- Hər kəs fikirləşir ki, mənim adıma olan obyektlər məhz mənə məxsusdur. Tam səmimi desək, onları görmək mənə xoş olur. Dostlarım mənə deyir ki, nə üçün imkan verirsən ki, sənin adına biznes qururlar, market açırlar. Səmimi deyirəm, bunlar hamısı mənə xoşdur. Azərbaycan kiçik bir ölkədir və burada tanınmaq çox asandır. Artıq 10 ildir ki, televiziyada çalışıram və bilirəm ki, televiziyada tanınmaq çox asan, sevilmək çox çətindir. Bizim insanları aldatmaq da çətindir. Ona milyonlar da xərcləyirsən. Misal üçün hər hansı bir müğənni milyonlar xərcləyir, tanınır, ancaq sevilmir. Sevilmək pulla alınmır, sevilmək üçün gərək insanların qəlbinə gedən yolu tapasan və onlara yaxın olasan. Bizim kollektivimiz bu sevgini qazanıbsa, bu uğura ancaq sevinmək lazımdır. Bunun başqa tərəfini fikirləşməyə isə heç vaxtımız da yoxdu. Biz öz işimizlə məşğuluq.
- Fəlakət öz yaxın qohumlarından olan Şəmini daha çox istəyir, yoxsa Şöşünu? 
- Əslinə qalanda hər ikisini çox istəyir. Bu Fəlakətin görünməyən tərəfidir. Ola bilsin ki, gələcəkdə mən onun görünməyən tərəflərini də göstərim. Onun obrazlara qarşı sevgisi böyükdür. Fəlakət tərəfindən qohumlarına heç bir pislik gələ bilməz. Baş verən xırda səhvlər isə onun saflığından irəli gəlir. Fəlakətin hər zaman işlətdiyi bir söz var: “Biz qohumuq, dostuq!” bu sözün altında da bir məna var ki, bu davranışım, xüsusiyyətimlə mən sizə arxayınam. Şəmi bu obrazların başında durur, çünki Şəmi lap əvvəldən də idarəedici qohumdur, Şöşü isə onun xalası oğludur. Fəlakət ayrı seçkilik edə bilmir.
- Şəmimi, yoxsa Şöşümü?
- Nə Şəmini çox istəyirəm, nə də Şöşünü (gülür). Fəlakət ən çox özünü çox istəyir.
- Xarici ölkələrdə çəkilişlərə gedərkən sizi orada necə qarşılayırlar? Sizi tanıyırlarmı?
- Bizi azərbaycanlılar harada görürsə, orada yaxınlaşıb sevdiklərini deyirlər. Xüsusən Dubayda yaşayan azərbaycanlılar orada bizi çevrəyə almışdılar. İstanbulda, Moskvada da tamaşaçıların böyük sevgisini gördük. Biz hara gediriksə, öncədən sosial şəbəkədə onun elanını paylaşırıq. Paylaşanda getdiyimiz yerdə yaşayan azərbaycanlılar bundan məlumatlı olurlar, bilirlər ki, komandamızla həmin ölkəyə gəlirik, orada yaşayan azərbaycanlılar bizi aeroportda belə qarşılayarlar.
Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın