Menu
Geri İrəli

Avropada 50-ci: “Qarabağ” “Neftçi”yə çatır

Müəllif: sumqayitxeber.com • Tarix: 30 Sentyabr 2014 • Baxış sayı: 319 dəfə • Şərh yoxdur

qarabag_258673636

Avropa Liqasının qrup mərhələsinin II turunun “İnter”lə İtaliyadakı oyunu “Qarabağ” üçün əlamətdar olacaq.  Azərbaycan çempionu avrokuboklarda 50-ci matçına çıxacaq. Yubiley oyunu Milandakı “Cüzeppe Meattsa” stadionunda keçiriləcək.
Qitə miqyaslı turnirlərdə 18 il əvvəl debüt edən “Qarabağ” 20-ci qələbəsinin həsrətindədi. Son 4 matçda qələbə qazana bilməyən, ardıcıl 3 heç-heçə edən ağdamlılar indiyədək 19 dəfə qalib gəlib. Hesabında 12 heç-heçə və 18 məğlubiyyət olan komanda 50 qol vurub, 69-nu buraxıb.
  Təmsilçimiz qitə miqyaslı 4 turnirdə çıxış edib. Yalnız Kuboklar kubokunda qələbəsi olmayan “Qarabağ” ilk matçını 1996-cı il avqustun 8-də öz meydanında Finlandiya “MüPA”sına qarşı keçirib və 0:1 hesabı ilə uduzub. Yubiley – 25-ci oyunda da qonaqlar 1 qolla qalib gəlib. 2010-cu il iyulun 29-da Polşadakı görüşdə təmsilçimiz “Visla”dan üstün olub.

 

turnir O Q H M T/F
Çempionlar Liqası 4 3 0 1 7-3
Kuboklar Kuboku 4 0 1 3 1-12
UEFA kuboku/Avropa Liqası 37 15 11 11 40-43
İntertoto kuboku 4 1 0 3 2-11
Cəmi 49 19 12 18 50-69

 

 

Qeyd edək ki, “Qarabağ” avrokuboklarda 50 oyun keçirən 2-ci Azərbaycan klubu olacaq. Ağdamlılara qədər yalnız “Neftçi” buna nail olmuşdu. Hesabında 50 matç olan bakılılar 14 qələbə qazanıb, 13 heç-heçə edib və 23 dəfə uduzub. Top fərqi təmsilçimizin xeyrinə deyil – 47:80.

 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın